Qriqoryan delimitasiyadan DANIŞDI: “Davam etdiririk” KONKRET

21.04.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Bakı və İrəvan delimitasiyası ilə bağlı təkliflərini bir-biri ilə bölüşür”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini, sərhədlərin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.

O bildirib ki, tərəflər arasında komissiyaların növbəti görüşünün tarixi barədə hələ məlumat yoxdur.

Qriqoryan əlavə edib ki, tərəflər delimitasiyanın növbəti mərhələləri üzrə fikir və təkliflərin mübadiləsini həyata keçirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью