Qriqoryan erməni KİV in Azərbaycanla bağlı xəbərini təkzib etdi | Icma.az
Icma.az bildirir, Unikal.az portalına istinadən. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni KİV-də yayılan Azərbaycan
"Unikal" xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.
Qriqoryan Azərbaycan qüvvələrinin sərhədə yaxın yerdə cəmləşməsi barədə suala cavab olaraq bu məlumatın haradan gəldiyini soruşub və şayiələrə inanmamağı tövsiyə edib.
Təhlükəsizlik Şurasının katibi etibarlı məlumat ortaya çıxsa, bunun ictimaiyyətə açıqlanacağını bildirib: "Mənbənizdən sizə daha konkret məlumat verməsini xahiş edin.
Güman edirəm ki, o, belə bir şey görməyib, çünki görsəydi, sistemlərimiz də bunu görərdi.
Ermənistan Respublikası üçün təhlükə görsək, onu ictimaiyyətə təqdim edəcəyik".
Ağarza Elçinoğlu Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu