Qriqoryan: “Ermənistan KTMT də qərar qəbul etmə prosesində iştirak etmir”

23.01.2025

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

“Biz KTMT ilə bağlı siyasi qərar vermişik və bu qərarlar açıqdır”

“KTMT ilə bağlı istənilən qərar məxfi ola bilməz”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib.

Bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) vəziyyəti qiymətləndirib, buna əsaslanaraq fəaliyyəti dondurmaq qərarı verib.

Təhlükəsizlik Şurası katibinin fikrincə, Ermənistan KTMT-də qərarların qəbulu prosesində iştirak etmir: “Biz KTMT ilə bağlı siyasi qərar vermişik və bu qərarlar açıqdır. Əgər hər hansı dəyişiklik olarsa, sizə məlumat veriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью