Qriqoryan həbs edilmək üçün saxlanıldı

13.08.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi keçmiş deputat Martun Qriqoryanı saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Komitə son parlament seçkilərində Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının siyahısı ilə iştirak edən Qriqoryanın həbsi üçün məhkəməyə vəsatət vermək niyyətindədir.

Cinayət işinin motivləri açıqlanmayıb. İstintaq orqanları hələlik məlumatla bağlı şərh verməyib.

Qriqoryanın oğlu iyun ayında həbs edilib. O, 2025-ci ilin iyun ayında açılmış xuliqanlıq üzrə cinayət işində təqsirləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью