Qriqoryan MDBnin iclasına getmədi Moskvanın əvəzinə Litva

07.11.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin  12-ci iclası keçirilir. 

"Unikal" xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu iclasda iştirak etməyib. 

O, bunun əvəzinə noyabrın 8-də Litvaya demokratiya forumuna getməyi seşib: "Noyabrın 8-də Qriqoryan Vilnüsə gedəcək və burada “Demokratiyanın gələcəyi” forumunda iştirak edəcək". 

MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin iclasında Ermənistanı respublikanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyan təmsil edib.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью