Qriqoryan Minsk qrupunun keçmiş həmsədrini qəbul etdi

27.01.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 27-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa XİN-in Avropa və Kontinental Avropa departamentinin rəhbəri Bris Rokfeyi qəbul edib.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, görüşdə Ermənistan və Fransa arasında qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər müzakirə edilib, bir sıra sahələrdə Ermənistan-Fransa çoxsahəli əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti müzakirə olunub. əsas istiqamətləri vurğulanıb.

Həmsöhbətlər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, əvvəllər Bris Rokfey ATƏT-in Minsk qrupunun fransalı həmsədri olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью