Qriqoryan Tehranda Pezeşkianla görüşüb

19.05.2025

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistan-İran münasibətlərinin dinamik inkişaf prosesi məmnunluqla qeyd edilib”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Təhlükəsizlik Şurasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı “Ermənistan-İran münasibətlərinin dinamik inkişaf prosesi məmnunluqla qeyd edilib və ikitərəfli qarşılıqlı səfərlərin intensivləşdirilməsinə” önəm verilib.

Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyana səmimi salamlarını çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью