Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şimal bölgəsində qarlı-şaxtalı hava hökm sürməkdədir. Ənənəvi olaraq Qubanın Qrız kəndində 12 dərəcə şaxta müşahidə edilib. Bura yeni qar yağmasa da köhnə qarın hündürlüyü 12 sm-dir.
Altıağac, Qusar və Qubanın Xaltan kəndində qarın hündürlüyü cəmi 1 sm-dir.
Quba Regional Şimal-Şərq Hidrometerologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bu yaşayış məntəqələrində 5,8 və 5,5 dərəcə mənfi temperatur qeydə alınıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu