Qrizman “Atletiko”dan ayrıla bilər

17.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Antuan Qrizmanın Madrid "Atletiko"sundakı gələcəyi hələ də qeyri-müəyyəndir. Sport24.az xəbər verir ki, fransız futbolçuyla yanaşı daha 2 futbolçu mövsümün sonunda "Atletiko"nu tərk edə bilər.

Bunlar 33 yaşlı Aksel Vitsel və 35 yaşlı Sezar Azpilikuetadır. Qrizmanın hələ 2026-cı ilə qədər klubla müqaviləsi olsa da karyerasını İspaniyada davam etdirəcəyi sual altındadır. Ulduz futbolçu MLS-in "Los Anceles" klubundan gələn təklifi qəbul edib-etməyəcəyinə hələ qərarını verməyib. Fəqət mövsümün sonuna qədər qərarın veriləcəyi gözlənilir. 

Belçikalı Vitsellə ispaniyalı Azpilikuetanın Madrid təmsilçisiylə müqaviləsi isə mövsümün sonunda başa çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью