Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Fransa millisinin sabiq hücumçusu Antuan Qrizmannın MLS matçında çəkilən kadrları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Futbolpress.az xəbər verir ki, “Orlando Siti” və “San-Dieqo” arasında keçirilən qarşılaşma 30 dərəcə isti və 80 faiz rütubətli hava şəraitində baş tutub. 35 yaşlı fransalı ulduz oyunun 28-ci dəqiqəsində “Orlando Siti”yə qələbə gətirən yeganə qolun müəllifi olub.
Lakin qoldan cəmi 5 dəqiqə sonra anomal hava şəraiti səbəbindən matçın baş hakimi oyunda məcburi fasilə elan etmək məcburiyyətində qalıb.
Fasilə zamanı Qrizmannın başına ıslanmış dəsmal qoyaraq tənginəfəs qaldığı və həkim heyətinin ona buz kompresləri ilə yardım etdiyi anlar azarkeşlərin diqqətini çəkib.
Videonu buradan izləyə bilərsiniz.