Qrizmann Anrini geridə qoydu

20.02.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Qrizmann Anrini geridə qoydu

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Brügge" ilə matç "Atletiko"nun futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bu, onun Çempionlar Liqasında 113-cü oyunu olub. Nəticədə Antuan "Monako", "Yuventus", "Arsenal" və "Barselona"nın sabiq futbolçusu Tyeri Anrini (112 matç) geridə qoyub. Bununla da Qrizmann Avropanın əsas klub turnirində ən çox oyun keçirən 2-ci fransalı futbolçu adını qazanıb.

1-ci sırada 152 görüşdə iştirak edən Kərim Benzemadır.

Qeyd edək ki, Qrizmann bu mövsüm 34 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью