Qrizmann Atletiko dan ayrılmağa qərar verdi Yeni klubu da bəllidir

17.03.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Atletiko"nun hücumçusu Antuan Qrizmann bu mövsümün sonunda Madrid klubunu tərk edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, fransalının 2026-cı ilin yayına qədər müddətə müqaviləsinin olmasına baxmayaraq, o, ailə vəziyyəti ilə əlaqədar klubdan transfer vərəqini istəyib. İspaniya nəhəngində böyük hörmətə malik olduğu üçün ispanlar Qrizmannla yarı yolda ayrılmaq qərarına gəliblər.

Antuan artıq “Arsenal”ın keçmiş hücumçusu Olivye Jirunun da oynadığı "Los Anceles"lə danışıqlara başlayıb.

Qrizmann bu mövsüm bütün yarışlarda 41 oyun keçirib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью