Qrizmann Atletikoda qala bilər

18.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Fransalı hücumçu Antuan Qrizmann MLS-in "Los-Anceles" klubunun təkliflərini rədd edərək, "Atletiko Madrid"də qalmağa qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Qrizmannla "Atletiko" arasında şifahi razılıq əldə olunub.

Fransız futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

Yeni müqavilə 2026 və 2027-ci illərdə futbolçunun maaşının mərhələli şəkildə azaldılmasını nəzərdə tutur.

Antuan bu mövsüm 46 oyun keçirib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью