Qrizmann getmək istəmir

27.03.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransalı hücumçu Antuan Qrizmann “Atletiko”da qalmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Klub özü də oyunçu ilə müqaviləni uzatmağa meyillidir. Baş məşqçi Dieqo Simeone Qrizmannın çıxışından məmnundur.

Daha əvvəl Qrizmannın adı “Los Anceles” ilə hallanırdı.

Fransalı futbolçu bu mövsüm La Liqada 28 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью