Qrizmann MLS klubuna keçə bilər

19.05.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

34 yaşlı hücumçu Antuan Qrizmann cari mövsümün sonunda "Atletiko Madrid"i tərk etməyə yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Məlumata görə, fransalının yeni klubu MLS-də olacaq.

Hücumçu "Los-Anceles"ə keçə bilər.

Qrizmannla "matrasçılar" arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır.

"Transfermarkt" Antuanın bazar dəyərini 22 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью