Qrossi: AEBA İranla nüvə sazişi ilə bağlı danışıqlar aparacaq

12.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla nüvə sazişi ilə bağlı danışıqlar aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində bildirib.

"Biz bununla Tehranda məşğul olacağıq, orada mən xarici işlər naziri və digər rəsmilərlə görüşlər keçirəcəyəm", - o bildirib və əlavə edib ki, İranla nüvə sazişi strateji əhəmiyyət daşıyır.

Qrossi, həmçinin Bakıda COP29-dakı müzakirələrə toxunub.

"Burada dövlətlərin siyasəti ilə çox sıx əlaqəli müəyyən qərarlar qəbul edilir. Buna görə də hesab edirəm ki, enerji təhlükəsizliyi aspekti çox vacibdir", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью