Qrossi: BAEA nın hesabatı İrana hücum üçün əsas deyil

20.06.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatı İrana qarşı hərbi əməliyyatlar üçün əsas ola bilməz, bu sənəd yeni deyil".

Oxu.Az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi CNN telekanalına müsahibəsində bildirib.

"İranda nüvə təftişləri ilə bağlı hesabat çətin ki, hər hansı hərbi əməliyyat üçün əsas ola bilər. Hərbi hərəkətlər bizim dediklərimizlə heç bir əlaqəsi olmayan siyasi qərardır. Bundan əlavə, bu hesabatda dediklərimiz mahiyyətcə yeni bir şey deyildi", - o qeyd edib.

Qrossi əlavə edib ki, BAEA-nın hazırda İranın nüvə silahı yaratmaq və istehsal etmək üçün sistematik proqramı olduğuna dair heç bir sübutu yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью