Qrossi İran ABŞ danışıqlarında iştirak etmir Fars

21.06.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında iştirak etmir.

"Report" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, nüvə proqramı bu danışıqlar raundunun gündəliyində deyil və Qrossi tədbir yerində yoxdur.

Mənbə bildirib ki, nüvə danışıqlarının başlanması üçün ABŞ ilə artıq imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi tələb olunur.

"Tasnim" xəbər agentliyi öz növbəsində qeyd edib ki, ABŞ AEBA-nın baş direktorunun İsveçrədəki danışıqlarda iştirakını tələb edib, lakin İran bundan imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью