Icma.az, Bizim media portalına istinadən məlumat verir. “Nobel Sülh Mükafatı uğrunda mübarizə aparan Donald Tramp, çox güman ki, dünyada nüv
ABŞ-ın yeni administrasiyası qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etmək arzusunda deyil.
Məhz buna görə də dünyada getdikcə daha çox ölkə nüvə silahı əldə etmək barədə düşünür.Bir neçə il əvvəl isə nüvə silahları ilə bağlı bu müzakirə tabu olardı.
Amma indi bəzi ölkələrdə bu söhbətlər gedir.ABŞ nüvə silahının yayılmaması prinsiplərinin qorunub saxlanmasında mühüm rol oynadı.
Amerika müttəfiqlərini onlara hərbi müdafiəsini genişləndirməklə öz arsenallarını qurmaq zərurətindən azad etdi.
Öz nüvə silahını yaratmaq istəyən ölkələr isə güclü sanksiyalarla hədələnirdilər”.Qrossi İranın öz atom bombasını yaratmaq istiqamətində davamlı irəliləyişinə istinad edərək deyir ki, bu sanksiyalar artıq işləmir:“Zaman keçdikcə ölkələr sanksiyalara uyğunlaşır.
Üstəlik, uzunmüddətli sanksiyalar belə ölkələrə hər hansı danışıqlarda təsir rıçaqlarına sahib olmaq üçün bütün yolu getməyə və nüvə silahını inkişaf etdirməyə stimul yarada bilər”.ABŞ-ın MAQATE-dəki keçmiş səfiri Laura Holgate deyib ki, İran nəhayət sərhədi keçsə və nüvə silahı inkişaf etdirsə, bu, digər ölkələrə də “ilham verə bilər”:“İran nüvə dövlətinə çevrilsə, başqaları da onun yolunu izləyə bilər”.Qeyd edək ki, Almaniya, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı və Cənubi Koreya rəsmiləri son illərdə öz nüvə silahlarını əldə etmək istəklərini gündəmə gətiriblər.Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.