Qrossi yaxın aylarda Rusiyaya səfər edəcəyini bildirib

12.11.2024

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın aylarda Rusiyaya səfər edəcək.

Bizimyol.info xəbər verir ki, o, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Bakıda keçirilən 29-cu Tərəflər Konfransı çərçivəsində rusiya mətbuatının sualına cavab verərkən bildirib.

“Ümid edirəm ki, tezliklə Rusiya komandası ilə görüş olacaq, bizim kifayət qədər müntəzəm görüşlərimiz olur. Dəqiq bilmirəm, amma yaxın bir neçə ayda orada olacağıma əminəm”, - deyə o, Rusiyaya nə vaxt səfər edə biləcəyi sualını cavablandırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью