Qrossonu əvəzlədi: Sassuolo da Akvilani dövrü

07.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sassuolo"nun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisini Alberto Akvilani çalışdıracaq.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Tərəflər arasında bütün razılıq əldə olunub.

41 yaşlı mütəxəssisin 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atacağı bildirilib.

Akvilani bu vəzifədə Fabio Qrossonu əvəzləyəcək.

Qeyd edək ki, Alberto Akvilani son olaraq "Katantsaro"nu çalışdırıb.

Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 38 oyunda 11 qələbə, 20 heç-heçə və 7 məğlubiyyətlə Seriya B-ni 53 xalla 6-cı pillədə başa vurub.

Yoxlama matçı: Türkiyə Venesuelanı məğlub edib İngiltərə qələbə qazandı: Yeganə qol Keyndən "Malyorka" ilə yollar ayrıldı - Kayl Larin İngiltərə klubunda Portuqaliya-Çili matçında kütləvi dava - VİDEO Aziz Yıldırım baş məşqçi namizədini açıqladı: GÖZLƏNİLƏN SEÇİM
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью