Qroznıda ikinci qəza riski: təyyarə Bakıya gəlir FOTO

27.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Özbəkistana məxsus təyyarə hazırda Qroznıya yaxınlaşa bilmir.

Globalinfo.az xəbər verir ki, “Flightradar24”-ün sxemində təyyarənin Mahaçqaladan üzü Azərbaycana doğru hərəkət etdiyi görünür.

Təyyarə Aktau üzərində bir neçə dövrə də vurmalı olub.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş həyata keçirən AZAL-ın “Embraer 190” sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Nəticədə 38 nəfər həlak olub. Qəzanın Rusiyanın Hava Hücumundan Müdafiə sisteminin hücumuna məruz qalması nəticəsində baş verdiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью