Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. "Qrup diet proqramları son illərdə geniş yayılmış və xüsusilə sosial şəbəkələr, fitness mərk
Milli.Az xəbər verir ki, bu fikirləri canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə göə bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyat tərzinə keçidini təmin etməkdir.
Qeyd edib ki, qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz: "İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir.
Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir.
Qrup diet proqramlarında isə adətən bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur".
Bildirib ki, nəticədə bəzi insanlarda bir çox problemlər yarana bilər.
Mina Mikayılova Milli.Az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.