Qruplar üzrə yüksək nəticə göstərənlərin SİYAHISI ADLAR

17.06.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 24-də keçirilən ali məktəblərə qəbul imtahanının II və III ixtisas qrupları üzrə nəticələrini rəsmən elan edib. İmtahan yekunlarına əsasən, hər iki qrup üzrə ən yüksək balları toplayan abituriyentlərin adları və göstəriciləri bəlli olub.

Redaktor.az xəbər verir ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri 169 saylı tam orta məktəbin məzunu Rüstəmli Banuçiçək Bəxtiyar qızı göstərib.

O, imtahanın ikinci mərhələsində 397 bal toplayıb və birinci mərhələnin xalları ilə birlikdə ümumilikdə 688.9 bal yığaraq II qrupun respublika birincisi olub.

III ixtisas qrupunda isə imtahanın ikinci mərhələsində mümkün olan maksimum 400 balı eyni anda 3 abituriyent toplamağı bacarıb.

Bakı şəhəri S.Bəhlulzadə adına gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı iki mərhələnin cəminə görə 687.7 bal, Bakı şəhəri 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı 685.9 bal, İsmayıllı rayonu Qalacıq kənd məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı isə ümumilikdə 685.2 bal toplayaraq böyük uğura imza atıblar.

Hər iki mərhələnin cəminə görə III ixtisas qrupunun mütləq çempionu isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızı olub. O, birinci mərhələdə 293.8 bal, ikinci mərhələdə isə 396.2 bal toplamaqla ümumilikdə 690 bal yığıb və bu göstərici ilə qrupun ən yüksək nəticə verən abituriyenti adını qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью