Qrupu birinci pillədə başa vurmaq istəyirik Azərbaycan millisinin baş məşqçisi

21.05.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Ev sahibi olduğu üçün rəqiblər Azərbaycan yığmasına qarşı daha məsuliyyətli hazırlaşırlar".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycanın minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında Bəhreynlə oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bərabərliklə bitən qarşılaşmanı şərh edib:

"İlk oyunun çətin keçəcəyini əvvəlcədən bilirdim. Növbəti görüşlərdə uğurlu çıxış edərək qrupu birinci pillədə başa vurmaq istəyirik. Avropa çempionu olarkən turnirdəki ilk görüşümüzdə Rumıniya seçməsinə məğlub olmuşduq. Deməzdim ki, bu gün pis çıxış etdik. Sadəcə, bəxtimiz gətirmədi. Qol vurmaq üçün imkanlarımız çox oldu. Təəssüf ki, heç birindən yararlana bilmədik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью