“Qrupu lider olaraq başa vuracağımıza inanıram” Azərbaycan millisinin kapitanı

23.05.2025

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında yer aldıqları A qrupunu birinci pillədə tamamlayacaqlarına inanır.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bu barədə futbolçu Sloveniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Baxmayaraq ki, ev sahibi komandayıq. İlk oyunda meydana öyrəşə ilmədiyimiz üçün qələbəni əldən verdik. Artıq hər şey istədiyimiz kimi gedir. İnşallah, qrupdan lider olaraq çıxacağıq. Qələbəyə görə bütün Azərbaycan xalqını təbrik edirəm",

Qeyd edək ki, A qrupunun ilk görüşündə yığma Bəhreynlə heç-heçəyə razılaşıb - 1:1.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью