Qruşko: NATO 2030 cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşır

22.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

NATO ölkələri 2030-cu ildə Rusiya ilə hərbi toqquşmaya real hazırlıq görürlər. 

Bakıvaxtı.az "İzvestiya"ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Onun sözlərinə görə, alyansın və Aİ-nin əsas məqsədi Rusiya Federasiyasının strateji məğlubiyyətinə nail olmaq istəyidir:

"NATO və Aİ ölkələri tərəfindən ifadə edilən prioritetlərə nəzər salsaq, əsas məqsəd Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır. Əlbəttə ki, biz onların həqiqətən də 2030-cu ildə Rusiya ilə hərbi toqquşmaya hazırlaşdıqlarını güman edirik". 

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью