QS dünya universitetlərinin reytinq nəticələrinin elanı: Dayanıqlılıq 2025 adlı tədbir keç…
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə Yaşıl Zonada "QS dünya universitetlərinin reytinq nəticələrinin elanı: Dayanıqlılıq 2025" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev açıb.
"Təhsilsiz planetin gələcəyini təsəvvür etmək mümkün deyil. Bu baxımdan müəllimlər inkişaf prosesində yaxından iştirak edə bilər.
Nazirlik olaraq xarici ölkələrin təcrübəsini bizim ölkə ilə, bizim ölkənin təcrübələrini xarici ölkələrlə bölüşürük", - deyə nazir bildirib.
"Bu gün COP29-da QS Dünya Universitetləri Reytinqi nəticələrini elan etmək bizim üçün böyük fəxrdir.
Bu reytinqin əsasında sonrakı müzakirələr daha keyfiyyətli olacaq. Onun əsasında biz universitetləri daha dayanıqlı edə bilərik.
Mən bütün tərəfdaşlarımıza minnətdarlıq edirəm", - deyə Emin Əmrullayev qeyd edib.
Tam oxu
Xəbəri oxu