Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Quba ASAN xidmətə 2 milyon müraciət qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ASAN xidmətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Niftəliyev Quba mərkəzində media nümayəndələri üçün keçirilən təlim zamanı məlumat verib.
Məlumata görə, Quba regional ASAN xidmət mərkəzi gün ərzində 1500-2000 arasında vətəndaşa operativ və şəffaf şəkildə xidmət göstərir.
E.Niftəliyevin sözlərinə görə, Quba ASAN xidmət təkcə Quba rayonu ilə məhdudlaşmır:
“Ətraf rayonlardan gələn vətəndaşlar da bu mərkəzdə rahatlıqla dövlət xidmətlərindən yararlanır”.
Nuriyyə NATİQQIZI