Quba Bakı yolunda AĞIR QƏZA Hərəkət məhdudlaşdırıldı

03.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yanacaq daşıyan yük avtomobili aşıb.

Oxu.Az xəbər verir ki, hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində hazırda Bakı istiqamətində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırıb, alternativ yoldan istifadə olunur.

Hadisə yerinə Dövlət Yol Polisi və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью