Quba Gəncədən məğlub döndü

25.01.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Basketbol Liqasının XII turunda “Gəncə” “Quba” üzərində qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən B qrupunun matçında meydan sahibləri üstün olub - 96:78.

Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" "Neftçi"ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90, NTD “Naxçıvan”ı 95:70 hesabı ilə məğlub edib. 

Tura yanvarın 26-da “Şəki” - “Ordu” matçı ilə yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью