“Quba” mövsümdə ilk qələbəsini QAZANDI

30.11.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Basketbol Liqasının IV turunda B qrupunda "Sumqayıt" səfərdə "Quba"ya məğlub olub.
Bizim.Media xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 97:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Ötən gün isə "Ordu" klubu səfərdə "Lənkəran"ı məğlub edib - 92:55.
Bu gün baş tutan "Sabah" - NTD görüşündə meydan sahibləri 110:86 hesablı qələbəyə sevinib. Turun digər matçları dekabrın 1-də baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью