Quba nın baş məşqçisi: Sumqayıt üzərindəki qələbə komandamıza stimul verəcək

05.02.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək.

"Report" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XIV turunda "Sumqayıt" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

"Artıq mən də məğlubiyyətdən yorulmuşdum. Dünənki məşqdə demək olar ki, yarım saat söhbət etmişik. Komandada sanki qələbə ruhu itmişdi. "Sumqayıt" çox yaxşı komandadır. Deyərdim ki, rəqiblərin gücləri eynidir. Baş məşqçi olaraq rəqiblərin gücünə bələdəm. Əvvəl də demişəm ki, bu qrupda hər bir komanda digərinə qalib gələ bilər"

Qeyd edək ki, "Quba" - "Sumqayıt" qarşılaşması birincilərin 90:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью