Quba nın gürcüsü: Ona görə də hər qarış uğrunda mübarizə aparacağıq

05.02.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qələbə qazanmağa yaxın olduğumuz görüşləri şanssızlıqdan uduzmuşuq". Sport24.az xəbər verir ki, bunu "Quba"nın gürcü basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XIV turunda "Sumqayıt"la matç öncəsi fikirlərini açıqlayıb: "Təəssüflər olsun ki, son görüşdə də uduzduq. Həmin oyundan sonra da hazırlığımızı davam etdirmişik. Təbii ki, daha yaxşı olmaq üçün çalışırıq, bu haqda düşünürük. Bu gün "Sumqayıt"la qarşılaşacağıq. Bu oyunu qazanmaq üçün hər şeyi edəcəyik. "Sumqayıt"la bu mövsüm ümumi hesabımız 1:1-dir. Ona görə də hər qarış uğrunda mübarizə aparacağıq. Qalibiyyət üçün oynayacağıq. Ümidvaram ki, istəyimiz reallaşar".

Qeyd edək ki, "Quba" – "Sumqayıt" matçı bu gün saat 19:00-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью