Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qubada “Quba Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə ikinci dəfə keçirilir.
Açılış mərasimində çıxış edən AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin ölkədə şahmatın kütləviliyinin artırılmasındakı rolunu xüsusi vurğulayıb.
Federasiya rəhbəri “Quba Open” Beynəlxalq Şahmat Festivalının “Azərbaycan Şahmat Turu”nun mühüm hissəsi olduğunu bildirib.
Qeyd edək ki, yarış şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında mühüm xidmətləri olan beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr edilib.
Turnirin ümumi mükafat fondu 24 420 manat təşkil edir. Yarışda 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparır.
FİDE prezidenti istefa verdi – Səbəb Aİ sanksiyaları Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib