“Quba Palace”da “Günəş uşaqlar” konserti keçirildi Fotolar

19.03.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Novruz bayramı ərəfəsində "Quba Palace” hoteldə "Günəş uşaqlar” adlı konsert keçirilib. 

AZXEBER.COM xəbər verir ki, tədbir "Birlik” və "Qayğı-Sağlam Nəsil Naminə” ictimai birliklərinin və "Quba Palace” hotelin dəstəyi ilə martın 15-də baş tutub. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar bir gün ərzində hoteldə dincəlib, səhnə performansı göstəriblər.

Uşaqlar üçün master-klaslar keçirilib, onlar qolf oynayıb, rəqs edib, əyləniblər. Həmçinin hotel ərazisində göldə uşaqlar üçün katamaran gəzintisi təşkil olunub. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью