Quba Sabah ın əvəzedicilərini yendi

19.08.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

2-ci Liqa təmsilçisi "Quba" yeni mövsümün hazırlıqlarına bir həftə öncə başlayıb.

Fanat.Az-ın məlumatına görə, çempionat başlayana qədər bir neçə sınaq matçı keçirməyi planlaşdıran kollektiv artıq bir yoxlama oyunu da keçirib.

Avqustun 16-da "Sabah"ın əvəzediciləri ilə qarşılaşan şimallılar 2:1 hesablı qələbə qazanıblar. "Quba"nın hər iki qoluna İbrahim İbrahimli imza atıb. Növbəti yoxlama görüşlərindəki rəqiblərin adları hələ dəqiqləşməyib.

Xatırladaq ki, ötən mövsüm 2-ci Liqada "Haypers Quba" adı ilə mübarizə aparan komanda 4-cü yeri tutaraq 1-ci Liqanı 9-cu pillədə tamamlayan "Difai" ilə pley-off oynayıb. 1:3 hesablı qələbə qazanan "Difai" 1-ci Liqadakı yerini qoruyub. 

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью