Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən rayon sakini 60 yaşlı Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı Quba şəhər SUM-12 yaşayış massivindəki fərdi evində qazdan zəhərlənib.
Evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənən şəxs hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.