Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR 1,7 milyon manat vəsait ayrılır

25.09.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Quba şəhərində bir sıra küçələrəsaslı təmiri olunacaq.

BAKU.WS-in məlumatına görə, Quba Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən layihənin ehtimal olunan qiyməti 1 milyon 773 min manat müəyyənləşdirilib.

Layihə çərçivəsində şəhərin müxtəlif küçələrində yol örtüyünün yenilənməsi, köhnə asfalt qatının sökülməsi və yeni örtüyün salınması ilə bağlı işlərin görülməsi nəzərdə tutulur.

Məlumata əsasən, işlər A.Aslanov, Y.Qaqarin, 8 Noyabr, Xaqani Şirvani və digər küçələrini əhatə edəcək.

Görüləcək işlərin əsas məqsədi Quba şəhərində yol infrastrukturunun yenilənməsi və sürücülərin, eləcə də piyadaların hərəkəti üçün daha əlverişli şəraitin yaradılmasıdır. Küçələrdə asfalt örtüyünün əsaslı şəkildə yenilənməsi çuxur və yol səthindəki digər problemlərin aradan qaldırılmasına, nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə, eyni zamanda şəhərin ümumi yol infrastrukturunun yaxşılaşdırılmasına imkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью