Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Quba rayonunun Hacıağalar kəndinin sakinləri illərdir ki, yol sarıdan əziyyət çəkirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər.
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Onlar bildiriblər ki, xüsusilə yağışlı və qarlı günlərdə yolda nəqliyyatın hərəkəti daha da çətinləşir.
"Xəstəmiz olanda, bir kilometr yolu belimizdə daşımalı oluruq. Yolu su yuyub-aparıb", "Qışda dəfələrlə maşınım aşıb, çaya düşmüşəm", "Atam vəfat edəndə, yol bərbad halda olduğu üçün heç kim yas məclisinə gələ bilmədi", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Bələdiyyədən isə məsələ ilə bağlı bildirilib ki, kəndin yolunun təmiri üçün aidiyyəti qurumlara müraciət edilib, vəsait ayrılarsa, asfaltlama işləri həyata keçiriləcək.