​Quba şəhərində yol nişanlanma işləri aparılır FOTO

13.11.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən regionlarda yol hərəkəti təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir.

Metbuat.az xəbər verir ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 208 kilometrlik hissəsində nişanlanma işləri həyata keçirilib və təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə müvafiq nişanlar quraşdırılır.

Quba şəhərinin Heydər Əliyev prospekti, Zəfər, Nəriman Nərimanov və Cəfər Cabbarlı küçələrində də üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib. Ümumilikdə 37 kilometrlik ərazidə xətləmə işləri görülüb.

Hazırda yol nişanlanma işləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью