Quba və Qusarı işıqsız qoyan kişi dirəkdən DÜŞÜRÜLDÜ

01.12.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Qubada 35 kilovattlıq elektrik dirəyinə çıxan təxminən 35 yaşlı kişini danışıqlardan sonra  hündürlükdən düşürmək mümkün olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycanda tragikomik HADİSƏ – 35 yaşlı kişi elektrik dirəyinə çıxdığı üçün iki rayon İŞIQSIZ qaldı - ÖZƏL


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onu hadisə yerinə gələn qardaşı düşürüb.
Bu səbəbdən “Quba-1" xəttindən qidalanan Quba və Qusar rayonlarına işığın verilişi təxminən 1 saatdan sonra bərpa olunub.
Elektrik dirəyinə çıxan kişinin hansı səbəbdən belə etməsi açıqlanmır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, həmin şəxsin ailə problemi olub.
Fakta görə araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью