Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb AZƏRTAC

27.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Quba, 27 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 26-dan başlayaraq Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Qırız kəndində qarın hündürlüyü 12 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 4 santimer qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 1 dərəcəyədək aşağı düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью