Quba və Xaçmazda təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi edilib AZƏRTAC …
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 dekabr, AZƏRTAC Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində dekabrın 2-də meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib.Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.Xaçmaz rayonunun Cığatay kəndində yerləşən “Trek Service Engineering” MMC şirkətinin badam bağına şaxtavurma nəticəsində böyük zərər dəyib.
Bu barədə məlumat aldıqdan sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata ezam edilən ekspertlər zərəri hesablayıblar.
Nəticədə badam bağlarına dəymiş zərər üzrə rekord məbləğdə - 73 min 768 manat ödəniş həyata keçirilib.
Bu indiyədək Azərbaycanda badam bağına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.Bundan başqa, Xaçmaz rayonunda yerləşən digər təsərrüfatda alça bağına quşların vurduğu zərər üzrə “vəhşi heyvanların hücumu” riski nəticəsində 2551 manat sığorta ödəniş edilib.
Quba rayonunda isə taxıl sahəsini dolu vurması nəticəsində təsərrüfata dəymiş zərər üzrə 15 min 420 manat ödəniş edilib.
Eyni zamanda, taxıl sahəsinə vəhşi çöl donuzlarının hücumu nəticəsində “vəhşi heyvanların hücumu” riski üzrə 1546 manat ödəniş edilib.Nəhayət, Quba rayonunda yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə, kiçik təsərrüfata 4680 manat məbləğində sığorta ödənişi həyata keçirilib.Sığorta ödənişlərinin təqdim olunması zamanı fermerlərə bildirilib ki, aqrar sığorta mexanizmi əkin sahələri və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qoruyur.
Bu risklərə dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar aiddir.Təsərrüfatları belə risklərdən qorumaq üçün ən yaxşı üsul dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanmaqdır.
Tam oxu
Xəbəri oxu