Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Filmdə istifadə olunan Quba xanlığının bayrağı film çəkilişləri zamanı aşkar olunub.
Bizim.Media xəbər verir ki, bunu yazıçı, şair, kinodramaturq İlqar Fəhmi deputat, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadənin “Fətəli” adlı tarixi romanının və eyniadlı filminin təqdimatı zamanı çıxışında deyib.
Onun sözlərinə görə, yaradıcı heyət çəkiliş prosesindən sonra sözügedən bayrağı Milli Azərbaycan Tarix Muzeyinə təhvil verməyi qərara alıblar.
Qeyd edək ki, muzeydə XVIII–XIX əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş xanlıqların bayraqları, bayraq ucluqları və dövlətçilik rəmzləri qorunub saxlanır.
Günay Şahmar, Tural Xəlil, Bizim.Media