Quba Xınalıq yolu bağlandı

28.03.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью