Icma.az, Apa.az saytına istinadən bildirir.
Quba-Xınalıq yolunda sürüşmə olub.
APA-nın Şimal bürosunun məlumatına görə, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.
Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.