Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar

06.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin, vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью