Qubada 2 fəhlə faciəvi şəkildə öldü

14.05.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba rayonunda iki nəfəri elektrik cərəyanı vurub.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fuad Rahim oğlu Əliyevə məxsus evdə baş verib.

Həmin evdə təmir işləri aparılarkən paytaxt sakini - 1965-ci il təvəllüdlü Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mercedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib.

Nəticəsində orada fəhlə işləyən Qobustan rayon sakinləri 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyev və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.

Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Yusibovun vəziyyəti orta-ağırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью