Qubada 2 nəfər həbs olundu

10.08.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Qubada 2 nəfər həbs olunub.

"Yeni Sabah" xəbər verir ki, onlardan biri narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.

Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb. Dördpendirli pizza

Digər saxlanılan əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdur. Ondan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Məhkəmənin qərarı ilə X. Muradov və Z. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью